logo

Cüdoçumuz Bakı “Böyük dəbilqə”sində finala yüksəlib

16:46 04-11-2022 | icon 1652
Cüdoçumuz Bakı “Böyük dəbilqə”sində finala yüksəlib

Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin finalına çıxıb.

YeniAvropa xəbər verir ki, Bakıdakı Heydər Əliyev adına İdman Arenasında “Böyük Dəbilqə” turnirinin ilk günündə -60 kiloqram çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev finala çıxıb. B.Ağayev final görüşündə ukraynalı idmançı Dilşot Xalmatov ilə mübarizə aparacaq.

Eyni çəki dərəcəsində yarışan digər idmançımız Kəramət Hüseynov və Orxan Səfərov (66 kq) isə bürünc medal uğrunda güclərini sınayacaqlar.

Final görüşləri saat 17:00-da başlayacaq. Turniri canlı olaraq live.ijf.org saytında izləmək mümkündür.