logo

Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib

11:11 04-11-2022 | icon 2093
Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib

Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.

YeniAvropa xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışın ilk günündə Azərbaycanın ümumilikdə 13 idmançısı qüvvəsini sınayacaq.

Kişilər arasında 60, 66, qadınların yarışında isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində mübarizə baş tutacaq.

Milli komandamızın üzvlərindən Kəramət Hüseynov Vijay Yadav (Hindistan), Balabəy Ağayev Şerzod Davlatov (Qazaxıstan) - Maksimilian Heyder (Almaniya) cütünün qalibi, Rövşən Əliyev portuqaliyalı Rodriqo Lopes (Portuqaliya), Turan Bayramov (hamısı 60 kq) İvan Salas (Venesuela) - Muslimbek Kerimov (Tacikistan) cütünün qalibi ilə qarşılaşacaq.

Orxan Səfərov Munis Havsavi (Səudiyyə Ərəbistanı), Yaşar Nəcəfov Kolumbiya təmsilçisi Xuan Ernandes, İslayıl İbrahimov serbiyalı Strahinja Bunçiç (Serbiya), Kamran Süleymanov (hamısı 66 kq) isə Ayyub Elidrissi (Qətər) ilə gücünü sınayacaq.

Yığmamızın üzvlərindən Leyla Əliyeva meksikalı Edna Karillo, Aişə Qurbanlı Qaliya Tınbayeva (Qazaxıstan), Ramilə Əliyeva (hər üçü 48 kq) Marusa Stanqarı (Sloveniya) sınağa çəkəcək.

Gültac Məmmədəliyeva İsveçrə idmançısı Binta Ndiaye, Aydan Vəliyeva isə Faiola Diaz (Venesuela) ilə qarşılaşacaq.

Qeyd edək ki, 3 gün davam edəcək “Böyük dəbilqə” turnirində 64 ölkədən 406 idmançı mübarizə aparacaq.