logo

Şəhriyar Məmmədov “Meltwater Champions Chess” turnirinin final mərhələsində çıxış edəcək

12:52 03-11-2022 | icon 2352
Şəhriyar Məmmədov “Meltwater Champions Chess” turnirinin final mərhələsində çıxış edəcək

Noyabrın 14-də San-Fransiskoda şahmat üzrə “Meltwater Champions Chess” turnirinin final mərhələsi start götürəcək.

YeniAvropa xəbər verir ki, turnirdə azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədovla yanaşı, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, Uelsli So (ABŞ), Aniş Giri (Niderland), hindistanlı şahmatçılar Rameşbabu Praqnanandha, Arjun Eriqaisi, polşalı Yan-Kşiştov Duda, vyetnamlı Le Quanq Liem mübarizə aparacaqlar.

Hibrit formatda və dairəvi sistem üzrə təşkil ediləcək yarış noyabrın 20-dək davam edəcək.