Fövqəladə Hallar Nazirliyi “Caspian Plaza” biznes mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən YeniAvropa-ya bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində 30 qoruyucu açar və 8 poqonometr elektrik naqilləri yanıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Alov yanğın bölmələri çatana kimi söndürülüb.