Serbiya millisi Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışında iştirak etməyəcək.
YeniAvropa Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.
Turnirdə 5 komanda - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığması iştirak edəcək. Serbiya millisi ilə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.
Dünya kuboku yarışı noyabrın 4-6-da Bakı İdman Sarayında təşkil olunacaq