Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
YeniAvropa xəbər verir ki, Azərbaycan neftinin qiyməti bahalaşıb. Hazırda “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar bahalaşaraq 76,40 dollar təşkil edir.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,29 dollar azalaraq 74,68 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,29 dollar ucuzlaşaraq 69,84 dollar olub.