UEFA Çempionlar Liqası:1/8 finala yüksələn 14 komanda bəlli olub
UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun daha 6 oyunu keçirilib.
YeniAvropa xəbər verir ki, bununla da 1/8 finala yüksələn 14 komandanın adına aydınlıq gəlib.
“D” qrupunda Fransada "Marsel"ə 1:2 hesabı ilə qalib gələn İngiltərənin "Tottenhem" klubu 1-ci, Portuqaliyada "Sportinq"i eyni hesabla məğlub edən Almaniya "Ayntraxt"ı isə 2-ci yerin sahibi kimi adını növbəti mərhələyə yazdırıb.
Niderlandın "Ayaks", Almaniyanın “Bayer Leverkuzen”, İspaniyanın "Barselona" və Portuqaliyanın "Sportinq" klubları mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.
Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti" və "Çelsi", Almaniyanın "Bavariya" və "Borussiya Dortmund”, İspaniyanın "Real Madrid", Fransanın “PSJ”, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıblar.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
1 noyabr
“A” qrupu
00:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0
Qollar: Məhəmməd Salah 85, Darvin Nunyes 90+8
00:00: "Reyncers" (Şotlandiya) - "Ayaks" (Niderland) - 1:3
Qollar: Ceyms Tavernye 86 (penalti) - Stiven Bergeys 4. Məhəmməd Kudus 29. Fransişku Konseysau 89
Xal durumu: "Napoli" - 15 . "Liverpul" - 15. "Ayaks" - 6. "Reyncers" - 0.
“B” qrupu
21:45. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1
Qollar: Mehdi Taremi 5, Stiven Euştakiu 24 - İvan Markano 90+5 (avtoqol)
21:45. “Bayer Leverkuzen” (Almaniya) - "Brügge" (Belçika) - 0:0
Xal durumu: "Portu" - 12, "Brügge" - 11. “Bayer Leverkuzen”- 5. "Atletiko" - 5.
“C” qrupu
00:00. "Bavariya" (Almaniya) - "İnter" (İtaliya) - 2:0
Qollar: Benjamen Pavar 32, Erik Çupo-Motinq 72
00:00. "Viktoriya Plzen" (Çexiya) - "Barselona" (İspaniya) - 2:4
Qollar: Tomaş Hori 51; 63 - Markos Alonso 6, Ferran Torres 44, 54. Pablo Torre 75
Xal durumu: "Bavariya" - 18. "İnter" - 10. "Barselona" - 7. "Viktoriya" - 0.
“D” qrupu
00:00. "Sportinq" (Portuqaliya) - "Ayntraxt" (Frankurt, Almaniya) - 1:2
Qollar: Artur Qomes 39 - Daiti Kamada 62, Randal Kolo Muani 72
00:00. "Marsel" (Fransa) - "Tottenhem" (İngiltərə) - 1:2
Qollar: Şansel Mbemba 45+2 - Kleman Lanqle 54, Pyer-Emil Höyberq 90+5
Xal durumu: "Tottenhem" - 11. "Ayntraxt" - 10. "Sportinq" - 7. "Marsel" - 6.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov