UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunun oyunlarında ən çox qurtarış edən qapıçılar açıqlanıb.
YeniAvropa xəbər verir ki, siyahıda “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev də yer alıb. O, “Nant”la oyunda 6 qurtarış edib. Millimizin üzvü “Nant”dan Alfons Lafon, (6) “Betis”dən Klaudio Bravo (6) ilə birgə 3-5-ci pillələri bölüşüb.
Siyahıya Maksim Koval ("Şerif") və Aleksandros Paxalakis ("Olimpiakos") 7 qurtarışla başçılıq edirlər.
Qeyd edək ki, “Qarabağ” beşinci turda səfərdə "Nant"a 1:2 hesabı ilə uduzub.