Azərbaycanın daha bir şahmatçısı qrosmeyster normasını yerinə yetirib. Qaydalara görə 20 yaşlıların dünya çempionatında qalib olan şahmatçı, eyni zamanda beynəlxalq qrosmeyster tituluna sahib çıxır.
YeniAvropa xəbər verir ki, İtaliyada gənclərin dünya çempionatında qızıl medal qazanan Abdulla Qədimbəyli isə 9-cu turda 3-cü qrossmeyster normasını yerinə yetirib. Bununla A.Qədimbəyli Azərbaycan şahmat tarixində 29-cu qrossmeyster olub.
Beynəlxalq Şahmat Federasiyasının yaxın aylarda bu barədə təsdiq məktubu ünvanlayacağı gözlənilir.