FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi Ə.Ağayev olacaq. Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Matç noyabrın 3-də Danimarkada oynanılacaq.