Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.
YeniAvropa xəbər verir ki, 31 yaşlı hakim İsraildə "Hapoel" (Ber-Şeva) və Avstriyanın "Austriya" (Vyana) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununu idarə edəcək.
Ona Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 3-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.