logo

“Bakcell”dən “İnstagram” istifadəçiləri üçün maraqlı müsabiqə

17:01 30-07-2018 | icon 2723
“Bakcell”dən “İnstagram” istifadəçiləri üçün maraqlı müsabiqə

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri üçün maraqlı müsabiqə keçirib.

YeniAvropa xəbər verir  ki, iyun ayının 27-də start götürmüş müsabiqədə iştirak etmək üçün “Bakcell”i“Instagram”da izləyən abunəçilər kreativ şəkil çəkərək, onu maraqlı stikerlərləbəzəməli və üzərinə #BakcellileDaimOnlineheşteqiolan şəkili özünün “Instagram” profilindən açıq şəkildə paylaşmalı idilər. Müsabiqədə iştirak etmiş yüzlərlə abunəçidən əsas hədiyyənin qalibi və 2-ci yeri tutmuş 50 nəfər iştirakçı təsadüfi qaydada müəyyən edilib.

1-ci yerin qalibi “Bakcell”dənSamsungGalaxy S9 smartfonu qazanıb. Digər qaliblər isə“28 Mall”da yerləşən “Cinemaplus” kinoteatrında eksklüziv təşkil olunmuş “Qarışqa adam və arı” filminin qapalı seansına dəvət olunublar.

Qeyd edək ki, müsabiqə "Bakcell"in yeni “DaimOnline” tarifinin tanıdılması məqsədilə həyata keçirilib. Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verməsini nəzərə alaraq, Bakcell şirkəti bir müddət əvvəl yeni “DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər.

"Bakcell" şirkətinin yeni “DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olmaq lazımdır.