Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq daha 100 nəfər əlilliyi olan şəxsi Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə yola salınan əlillərdən 60 nəfəri Quba, 40 nəfəri Xaçmaz (Nabran) rayonundakı istirahət mərkəzlərinə yola salınıb.
Proqrama uyğun olaraq, cari ilin yaz-yay mövsümündə 900-dən çox əlilin Lənkəran, Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərində istirahəti təşkil edilib.