Bakıda evdən 10 min manatlıq qızıl əşyaları oğurlanıb.
YeniAvropa xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd edilib ki, Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və oğurluğa görə məhkum olunmuş Vahid Quliyev saxlanılıb.