UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Fransada keçirilən “Nant” - “Qarabağ” oyununda hesab bərabərləşib.
YeniAvropa xəbər verir ki, "Bojuar" stadionunda oynanılan matçda “Qarabağ”ın futbolçusu Filip Ozobiçə qarşı kobud oyuna görə, “Nant”ın qapısına penalti zərbəsi təyin edib. F.Ozobiç matçın 56-cı dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirib və hesab bərabərləşib – 1:1.
Qrupun digər oyununda isə “Frayburq” Almaniyada Yunanıstanın “Olimpiakos” klubunu qəbul edir. Hazırda Yunanıstan klubu 1:0 hesabı ilə öndədir.