logo

Çempionlar Liqası: "Araz-Naxçıvan" növbəti mərhələyə yüksəlmək şansını itirib

21:41 27-10-2022 | icon 1960
Çempionlar Liqası: "Araz-Naxçıvan" növbəti mərhələyə yüksəlmək şansını itirib

"Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

 YeniAvropa xəbər verir ki, komandamız beşinci qrupdakı ikinci görüşündə Serbiyanın “Loznika Qrad” klubu ilə üz-üzə gəlib. Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da oynanılan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komandamız növbəti mərhələyə yüksəlmək şansını itirib.

Naxçıvan təmsilçisinin heyətində Vitao fərqlənib.

“Araz-Naxçıvan" ilk matçda İsveçin “Orebro” komandasına 2:5 hesabı ilə uduzub. “Araz-Naxçıvan” turnirdə son görüşünü oktyabrın 29-da Bosniya və Herseqovinanın “Mostar” komandasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.