Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Meşəşambul kəndində yabanı halda bitmiş çəkisi 2 tondan çox olan ümumilikdə 3254 ədəd narkotik tərkibli çətənə bitkisi müəyyənləşdirilərək müvafiq qaydada məhv edilib.