Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər kişi körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-dən YeniAvropa-ya bildiriblər ki, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Vətəndaş qaldırıcı qurğu vasitəsilə körpüdən endirilərək aidiyyəti üzrə təhvil verilib.