"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
YeniAvropa xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada "Nant" klubu ilə qarşılaşacaq. "Bojuar" stadionundakı görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Hazırda G qrupunda Frayburq" 12 xalla liderdir. "Köhlən atlar" 7 xalla 2-ci pillədə qərarlaşıb. 3 xalı olan "Nant" isə 3-cü yerdədir. Ağdam klubu səfərdə ən azı 1 xal qazanacağı halda, pley-offa vəsiqəni təmin edəcək və Azərbaycan çempionu tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində iştirak etmək hüququ qazanacaq.
Bu qrupun digər oyununda isə "Frayburq" Almaniyada Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.