UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Araz-Naxçıvan” futzal klubu mübarizəyə başlayır.
YeniAvropa xəbər verir ki, təmsilçimiz bu gün İsveçin “Orebro” klubu ilə qarşılaşacaq. Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Zədəli futzalçılardan Ramiz Çovdarov, Katatau və Sinesenin meydana çıxacağı gözlənilir.
Oyunun hakimləri ispaniyalı David Abtequya Urdanoz, slovakiyalı Lukas Peska və çexiyalı Jan Kresta olacaqlar.