Beynəlxalq Cüdo Federasiyasının rəsmi təqviminə əsasən Azərbaycan paytaxtı növbəti dəfə cüdo üzrə “Böyük dəbilqə” turnirinə ev sahibliyi edəcək.
YeniAvropa xəbər verir ki, yarış noyabrın 4-6-da Bakıda Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.
İlkin görüşlər hər gün yerli vaxtla saat 10:00-da, final görüşləri isə saat 17:00-da baş tutacaq.
Qeyd edək ki, arenaya giriş sərbəstdir və yarış keçirilən zaman metronun “Nizami” stansiyasından azarkeşlər üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək.