UEFA Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşacaq Ağdamın “Qarabağ” klubu oktyabrın 25-də Fransaya yollanacaq.
YeniAvropa xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.
Oktyabrın 26-da Bakı vaxtı ilə saat 21:10-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 21:30-da matçın keçiriləcəyi “Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
“Nant”-“Qarabağ” matçı isə oktyabrın 27-də baş tutacaq.
Xatırlasdaq ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” sentyabrın 15-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionundə “Nant”ı qəbul edib.
Qurban Qurbanovun komandası görüşdə inamlı qələbə qazanaraq “Nant”ı 3:0 hesabı ilə məğlub edib. Qonaq komandanın qapısından qolları Ovusu Kvabena(59 dəq.) , Abduallah Zubir(65) və Marko Yankoviç(72) keçiriblər.