Karate millimiz Türkiyəyə dünya çempionatına yollanıb
Yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandamız dünya çempionatında iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yollanıb.
Azərbaycan Milli Karate Federasiyasından(AMKF) YeniAvropa-ya bildirilib ki,federasiya prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 6 məşqçi, 3 hakim və 28 idmançı yer alıb.
Kumite üzrə baş məşqçi Anar Allahverdiyev, Seymur Xudaverdiyev və Şahin Atamov 14-15 yaşlı yeniyetmələrdə 10, 16-17 yaşlıların mübarizəsində 9, 21 yaşadək gənclərdə isə 9 idmançının çıxışına üstünlük veriblər. Böyüklərdən ibarət milli komandanın baş məşqçisi Qurban Tağıyev və Şahin Xudaverdiyev həmkarları ilə birgə idmançıları yarışa çıxaracaq.
Kumitə yarışlarında 14-15 yaşlı yeniyetmələrdən İsmayıl Xamoyev (52 kq), Aslan Dostuyev (57 kq), Mirzə Həmidbəyli (63 kq), Cahangir Qayıbov (70 kq), Əzim Rahib (+70 kq), Pərvin Hüseynzadə (47 kq), Gülay Orucova (54 kq) və Sofiya Hüseynli (+54 kq), 16-17 yaşlıların mübarizəsində Fərid Savadov (55 kq), Salman Əlirzayev (61 kq), Rəşid Süleymanov (68 kq), Rumil Jəfərli (76 kq), Vahid Həsənov (+76 kq), Fatimə Cəbrayılova (48 kq), Aysu Əliyeva (50 kq), Aysel Qasımova (59 kq) və Nuray Nağiyeva (+59 kq), 21 yaşadək gənclərdə isə Əminağa Quliyeva (60 kq), Nuran Rzazadə (67 kq), Fərid Ağayev (75 kq), Hüseyn Hüseynzadə (84 kq), Osman Osmanlı (+84 kq), Xumar Əlibəyova (50 kq), Fatma Zeynalova (55 kq) və Ayla Rzazadə (61 kq) medallar uğrunda çıxış edəcəklər.
Karate üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazov 3 idmançını, o cümlədən 14-15 yaşlı yeniyetmələrdə Salman Salmanov və Ramilə Heydərovanı, həmçinin 21 yaşadək gənclərdə Həsənəli Həsənovu müşayiət edəcək. Beynəlxalq hakimlərdən Cahangir Babayev, Vüqar Kərimov və yarışqabağı kumite üzrə ən yüksək dərəcə imtahanı verən Rənad Əliyev yarışın referiləri arasında olacaq.
Qeyd edək ki, Konyada yeniyetmə və gənclərin 12-ci dünya çempionatında 105 ölkədən 1830 karateçi iştirak edəcək. Üç yaş qrupuna bölünən idmançılar 35 kateqoriya üzrə 140 medal uğrunda mübarizə aparacaqlar.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov