logo

Ölkəmizin şahmat tarixində bir ilkə imza atdığım üçün xoşbəxtəm-Gövhər Beydullayeva

09:29 24-10-2022 | icon 1792
Ölkəmizin şahmat tarixində bir ilkə imza atdığım üçün xoşbəxtəm-Gövhər Beydullayeva

Yarışa ciddi hazırlaşmışdım. Dünya çempionatına qələbə üçün getmişdim. İlk turlardan başlayaraq üstünlük əldə etməyim məni daha da ruhlandırdı. Sondan əvvəlki turda artıq qələbəni təmin etdiyimi hiss edirdim. Ölkəmizin şahmat tarixində bir ilkə imza atdığım - 20 yaşa qədər qadınlar arasında qızıl medal qazandığım üçün xoşbəxtəm.

YeniAvropa xəbər verir ki, bunu İtaliyada şahmat üzrə gənclər arasında keçirilən dünya çempionatında birinci yeri tutmuş Gövhər Beydullayeva KİV-ə müsahibəsində deyib.

Yarışın nəticəsinə əsasən, dünya kubokuna vəsiqə əldə edən şahmatçı bildirib ki, əsas hədəf həmin yarışda uğurla çıxış etməkdir: “Dünya kubokunda da maksimum nəticə göstərmək istəyirəm. Qadınlar arasında dünya çempionatında iştirak edərək həmin yarışda da Azərbaycanı layiqincə təmsil etmək arzularımdan biridir.