logo

Boksçumuz Aynur Rzayeva Avropa çempionatının finalına yüksəlib

13:31 22-10-2022 | icon 2317
Boksçumuz Aynur Rzayeva Avropa çempionatının finalına yüksəlib

Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib. Finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

YeniAvropa Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, komandamızın heyətində Aynur Rzayeva (+81 kq) Darya Kozoreslə (Moldova) üz-üzə gəlib. Avropa çempionatının bürünc medalçısı bu dəfə daha yaxşı nəticə göstərib. A.Rzayeva rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək finala yüksəlib. Bununla da Azərbaycan 6 ildən sonra Avropa çempionatının həlledici mərhələsində təmsil olunacaq. Boksçumuz finalda ukraynalı Mariya Lovçinska ilə döyüşəcək.

Millimizin digər boksçusu Anaxanım İsmayılova (50 kq) isə bürünc medalla kifayətlənib. Dörddəbir finalda Yaroslava Marinçuku (Ukrayna) məğlub edən idmançı yarımfinalda irlandiyalı Katlin Fryerslə qarşılaşıb və rəqib finala yüksəldiyindən təmsilçimiz 3-cü yeri tutub.

Qeyd edək ki, 30 ölkədən 154 boksçu qatıldığı Avropa çempionatına bu gün yekun vurulacaq.