logo

Dünya çempionatı: Güləşçimiz yarımfinala yüksəlib

17:47 21-10-2022 | icon 2275
Dünya çempionatı: Güləşçimiz yarımfinala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi İslam İlyasov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinala yüksəlib.

YeniAvropa xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində Yunus Qafurova (Ukrayna) qalib gəlib.

70 kq-da yarışan Kənan Heybətov eyni raundda Giorgi Elbakidzeyə (Gürcüstan) uduzub.

57 kq-dakı Tofiq Əliyev 1/8 finalda Ahmet Dumana (Türkiyə), 79 kq-dakı Əşrəf Aşırov təsnifatda Kosuke Yamakuraya (Yaponiya) yenilib.

Bu gün həmçinin 65 kq çəki dərəcəsindəki qadın güləşçi Nigar Mirzəzadə finalda Miva Morikava (Yaponiya) ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.