logo

Əbu-Dabi “Böyük dəbilqə”si: Cüdoçumuz bürünc medal qazanıb

16:56 21-10-2022 | icon 2149
Əbu-Dabi “Böyük dəbilqə”si: Cüdoçumuz bürünc medal qazanıb

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində start götürən “Böyük dəbilqə” turnirində cüdoçumuz Balabəy Ağayev (60 kq) bürünc medal qazanıb.

YeniAvropa xəbər verir ki, tatami ustası üçüncü yer uğrunda görüşdə yığmadakı komanda yoldaşı Turan Bayramovu məğlub edib.

Qeyd edək ki, Azərbaycan “Böyük dəbilqə” turnirində 13 idmançı ilə təmsil olunur.

Yarışa oktyabrın 23-də yekun vurulacaq.