logo

Parataekvondoçularımız Qran-Pri turnirində üç medal qazanıblar

12:21 21-10-2022 | icon 2506
Parataekvondoçularımız Qran-Pri turnirində üç medal qazanıblar

İngiltərənin Mançester şəhərində parataekvondo üzrə Qran-pri turniri keçirilib.

YeniAvropa xəbər verir ki, yarışa dörd idmançı ilə yollanan Azərbaycan millisi üç medal qazanıb. Belə ki, Fərid Tağızadənin rəhbərlik etdiyi yığmanın heyətində İmaməddin Xəlilov (K44, 70 kq) ikinci yeri tutub. Sabir Zeynalov (K44, 58 kq) və Əbülfəz Abuzərli (K44, 80 kq) isə Qran-Prini bürünc medalla başa vurublar.

Qeyd edək ki, bu gün Mançesterdə taekvondoçuların mübarizəsinə start veriləcək. Üç gün davam edəcək yarışda ölkəmizi baş məşqçi Reza Mehmandostun rəhbərliyi ilə Qaşım Maqomedov (58 kq) təmsil edəcək.