Suqovuşanda “Mingəçevir reqatası-2022”nin təntənəli açılış mərasimi olub
Oktyabrın 21-də Suqovuşanda avarçəkmə üzrə “Mingəçevir reqatası-2022”nin təntənəli açılış mərasimi olub.
YeniAvropa xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra iştirakçı ölkələrin təqdimatı olub.
Tədbirdə çıxış edən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, AKAF artıq işğaldan azad edilmiş ərazilərdə ikinci beynəlxalq turnirini keçirir. İlk yarışa - “Prezident kuboku-2022”yə mayda Suqovuşan ev sahibliyi edib.
İştirakçılara uğurlar arzulayan F.Əliyev qeyd edib ki, reqata 1970-ci ildə ümumittifaq statusu alıb. Yarış müstəqilliyin bərpa edildiyi illərdən sonra da təşkil olunub. Pandemiya səbəbindən bir müddət turnirin keçirilməsinə ara verilmişdi. Sevindirici haldır ki, bu yarış Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.
Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Duşan Kovaçeviç və Macarıstan Məşqçilər Komitəsinin sədri Zoltan Olferdi çıxış edərək ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib, möhtəşəm təşkilatçılığa görə AKAF rəhbərliyinə minnətdarlığını bildiriblər.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov işğaldan azad olunmuş ərazilərdə ilk dəfə mayda məhz AKAF-ın təşkilatçılığı ilə birinci beynəlxalq turnirin keçirildiyini qeyd edib: “Ötən müddətdə artıq ikinci dəfə Suqovuşanda toplaşmışıq. Beynəlxalq turnirlərin təşkili Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həmin ərazilərdə aparılan quruculuq işlərinin nəticəsində mümkün olub. Digər federasiya nümayəndələrinin açılış mərasiminə qatılması və birlik nümayiş etdirməsi sevindirici haldır”.
Yüksək təşkilatçılığa görə, federasiya rəhbərliyinə minnətdarlığını bildirən nazir könüllüləri salamlayıb, idmançılara isə uğurlar arzulayıb.
F.Qayıbov reqatanı açıq elan etdikdən sonra mərasimdə iştirak edən ikinci Vətən müharibəsinin iştirakçıları və qaziləri salamlanıb.
Rəsmi hissə başa çatdıqdan iştirakçı ölkələrin nümunəvi çıxışları olub.
Turnirin birinci günündə yarışlar Suqovuşanda keçiriləcək. Reqatada Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Özbəkistan, Bolqarıstan, İtaliya, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Sloveniya və Ukrayna komandalarından 150-dək idmançı mübarizə aparacaq.
Oktyabrın 22-23-də “Mingəçevir Reqatası” yarışı “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə mübarizə aparacaqlar.
Turnirin qalibləri diplom, medal və kubokla mükafatlandırılacaqlar.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov