logo

Bu gün Suqovuşanda ənənəvi “Mingəçevir Reqatası”na start veriləcək

09:01 21-10-2022 | icon 2310
Bu gün Suqovuşanda ənənəvi “Mingəçevir Reqatası”na start veriləcək

Bu gün Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə ənənəvi “Mingəçevir Reqatası”na start veriləcək. Oktyabrın 23-dək davam edəcək reqatada 15-dək ölkə iştirak edəcək. Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukrayna komandaları çempionluq uğrunda mübarizə aparacaqlar.

YeniAvropa xəbər verir ki, reqatanın rəsmi açılış mərasimi və yarışların birinci günü  Azərbaycan Ordusunun işğaldan azad etdiyi Suqovuşanda baş tutacaq. Komandalar bu gün Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyən edəcəklər. 

Oktyabrın 22-23-də “Mingəçevir Reqatası” “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar. Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.

Qeyd edək ki, bu, AKAF-ın işğaldan azad olunan ərazilərimizdə təşkil etdiyi ikinci beynəlxalq turnirdir. Bundan əvvəl federasiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku-2022” beynəlxalq reqatasını Suqovuşanda təşkil edib.

file.0--3