Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişib.
YeniAvropa xəbər verir ki, Azərbaycan neftinin qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar bahalaşaraq 76,18 dollar təşkil edib.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar azalaraq 74,29 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,92 dollar ucuzlaşaraq 68,69 dollar olub.