Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.
YeniAvropa xəbər verir ki, çempionatda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz final görüşündə iranlı Poya Marzla üz-üzə gəlib. Rəqibinə 1:5 hesabı ilə uduzan N.Quluzadə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bu gün millimizin üzvləri Ziya Babaşov (63 kq) Ryuto İkeda (Yaponiya), Sərxan Məmmədov (130 kq) isə Əliəkbər Yusufiəhmədçali (İran) ilə bürünc medal görüşünə çıxacaqlar.