XXI əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi başlayıb.
YeniAvropa xəbər verir ki, Ayın tam tutulmasının başlanması isə saat 23:30-a təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Bu zaman Ayın səthi qızılı rəngə bürünəcək. Ona görə də bəzən buna "Qanlı Ay" deyirlər.
1 saat 43 saniyəlik tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq.
Tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq. Bu gün həmçinin, Mars -Yer qarşıdurması hadisəsi baş verəcək.
Xatırladaq ki, bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınıb. Bu dəfəki ay tutulması hadisəsi birinci tutulmadan 27 dəqiqə uzun çəkəcək.