logo

Kərim Benzema  “Qızıl top”un builki sahibidir

09:59 18-10-2022 | icon 1617
Kərim Benzema  “Qızıl top”un builki sahibidir

İlin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.

YeniAvropa xəbər verir ki, 2022-ci ilin qalibinin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. Məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Kərim Benzema yiyələnib. “Şatle” teatrında təşkil olunan mərasimdə “Real”ın fransalı hücumçusu mükafatına qovuşub. Ona mükafatı keçmiş baş məşqçisi, əfsanəvi fransalı Zinəddin Zidan təltif edib.

Qeyd edək ki, “Qızıl top”a namizədlər arasında qapıçılar - Tibo Kurtua ("Real"), Mayk Menyan ("Milan"), müdafiəçilər - Trent Aleksandr-Arnold ("Liverpul"), Joao Kanselo ("Mançester Siti"), Antonio Rudiger ("Çelsi"/"Real"), Vircil van Deyk ("Liverpul"), yarımmüdafiəçilər - Coşua Kimmix ("Bavariya"), Kristofer Nkunku ("Leyptsiq"), Bernardo Silva, Fil Foden, Riyad Mahrez (hamısı "Mançester Siti"), Kazemiro ("Real"), Kevin de Brüyne ("Mançester Siti"), Fabinyo ("Liverpul"), Luka Modriç ("Real"), hücumçular - Rafael Leau ("Milan"), Məhəmməd Salah, Luis Diaz, ("Liverpul"), Vinisius Junior, Kərim Benzema ("Real"), Robert Levandovski ("Bavariya"/"Barselona"), Kriştiano Ronaldo ("Mançester Yunayted"), Erlinq Haaland (Dortmund "Borussiya"sı/ "Mançester Siti"), Sebastien Aller ("Borussiya", Dortmund), Harri Keyn, Son Hın-Min ("Tottenhem"), Sadio Mane ("Liverpul"/"Bavariya"), Kilian Mbappe ( PSJ), Darvin Nunes ("Benfika"/"Liverpul") və Duşan Vlahoviç ("Fiorentina"/"Yuventus") yer alıblar.

Mükafatın son sahibi olan Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi bu il namizədlər siyahısında olmayıb.

Xatırladaq ki,1956-cı ildən ən yaxşıya təqdim olunan “Qızıl top” 2010-2015-ci illərdə FIFA və “France Football”ın birgə təşkilatçılığı ilə sahibini tapıb.