logo

Dünya çempionatı: 3 güləşçimiz yarımfinala yüksəlib

19:19 17-10-2022 | icon 3052
Dünya çempionatı: 3 güləşçimiz yarımfinala yüksəlib

Azərbaycanın üç yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində start götürən U-23 dünya çempionatında yarımfinala yüksəlib.

YeniAvropa xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Nihad Quluzadə dörddəbir finalda Giorgi Toxadzeyə (Gürcüstan) qalib gələrək adını növbəti mərhələyə yazdırıb. O, finala gedən yolda Ken Matsui(Yaponiya) ilə qarşılaşacaq.

Ziya Babaşov(63 kq) səkkizdəbir finalda Endi Xuan Suçu (İspaniya), ardınca isə Mustafa Safa Yıldırımı(Türkiyə) üstələyib. Onun yarımfinaldakı rəqibi İman Hussein Xan Məhəmmədi(İran) olacaq.

130 kq çəkidə Sərxan Məmmədov ardıcıl olaraq, Damir Zuparov(Qazaxıstan) və Kolton Maykl Şultsu(ABŞ) məğlub edib. O, finala vəsiqə uğrunda Mixail Vişnivetski (Ukrayna) ilə üz-üzə gələcək.

Laçın Vəliyev(87 kq) isə startda Andreas Vaelisi (Estoniya) məğlub etsə də, dörddəbir finalda Şimon Şimonoviçlə (Polşa) bacarmayıb.