logo

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

15:20 17-10-2022 | icon 1645
Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Bu gün 2022-ci ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatının sahibi müəyyənləşəcək.

YeniAvropa xəbər verir ki, tədbir Fransanın paytaxtı Parisdə olacaq. Mərasim Bakı vaxtı ilə 22:30-da başlayacaq.

“Qızıl top”a qapıçılar - Tibo Kurtua ("Real"), Mayk Menyan ("Milan"), müdafiəçilər - Trent Aleksandr-Arnold ("Liverpul"), Joao Kanselo ("Mançester Siti"), Antonio Rudiger ("Çelsi"/"Real"), Vircil van Deyk ("Liverpul"), yarımmüdafiəçilər - Coşua Kimmix ("Bavariya"), Kristofer Nkunku ("Leyptsiq"), Bernardo Silva, Fil Foden, Riyad Mahrez (hamısı "Mançester Siti"), Kazemiro ("Real"), Kevin de Brüyne ("Mançester Siti"), Fabinyo ("Liverpul"), Luka Modriç ("Real"), hücumçular - Rafael Leau ("Milan"), Məhəmməd Salah, Luis Diaz, ("Liverpul"), Vinisius Junior, Kərim Benzema ("Real"), Robert Levandovski ("Bavariya"/"Barselona"), Kriştiano Ronaldo ("Mançester Yunayted"), Erlinq Haaland (Dortmund "Borussiya"sı/ "Mançester Siti"), Sebastien Aller ("Borussiya", Dortmund), Harri Keyn, Son Hın-Min ("Tottenhem"), Sadio Mane ("Liverpul"/"Bavariya"), Kilian Mbappe ( PSJ), Darvin Nunes ("Benfika"/"Liverpul") və Duşan Vlahoviç ("Fiorentina"/"Yuventus") namizəddirlər.

Qeyd edək ki, mükafatın son sahibi olan Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi bu il namizədlər siyahısında yer almayıb.