logo

Qətər dünya çempionatının ardınca Asiya Kubokuna da ev sahibliyi edəcək

10:50 17-10-2022 | icon 1757
Qətər dünya çempionatının ardınca Asiya Kubokuna da ev sahibliyi edəcək

2023-cü ildə Asiya Kubokunun keçiriləcəyi ölkə bəlli olub.

YeniAvropa  Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən xəbər verir ki, yarış iyun və iyul aylarında Qətərdə baş tutacaq.

İndoneziya və Cənubi Koreya da turnir üçün AFC-yə müraciət etsə də, müsbət cavab almayıb.

Qeyd edək ki, daha əvvəl Çin Asiya Kubokuna ev sahibliyindən imtina edib. Bu il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə futbol üzrə dünya çempioatı da təşkil olunacaq.