logo

Şəhriyar Məmmədyarov dünya çempionunu məğlub edib

21:15 14-10-2022 | icon 2037
Şəhriyar Məmmədyarov dünya çempionunu məğlub edib

Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsinə qələbə ilə başlayıb.

YeniAvropa xəbər verir ki,  “Aimchess Rapid” adlanan mərhələ yarışının birinci turunda şahmatçımız hazırkı dünya çempionu norveçli Maqnus Karlsen üzərində qələbə qazanıb, ikinci turda isə polşalı Yan Kşiştov Dudaya məğlub olub.

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.