Bu ilin ikinci Ay tutulması hadisəsi iyulun 27-dən 28-nə keçən gecə baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından YeniAvropa-ya bildirilib ki, Ay tutulması hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlanacaq, saat 00:21-də maksimum səviyyədə olacaq, saat 02:19-da isə başa çatacaq.
Yerin ekvatorial zonasında baş verəcək bu astronomik təbiət hadisəsi “mərkəzi tutulma” adlanır. Yəni Ay kölgənin mərkəzindən keçəcək.
Ay tutulması hadisəsi Azərbaycan ərazisində tam müşahidə olunacaq.
Qeyd edək ki, Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci ilin sentyabrın 15-nə təsadüf etməsi gözlənilir. Builki yaxınlaşma Ay tutulması ilə tam üst-üstə düşür. 1 saat 44 dəqiqə davam edəcək bu təbiət fenomeni 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq.