Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.
YeniAvropa xəbər verir ki, bu Ağdam təmsilçisinin Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Yunanıstanın "Olimpiakos" komandası ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub.
Xallarının sayını 7-yə çatdıran ölkə çempionu G qrupunda üçüncü yeri rəsmiləşdirib.
Beləliklə, Azərbaycan çempionu tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ əldə edib.