Dünya birjalarında neftin qiyməti bahalaşır.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,70 dollar bahalaşaraq 76,07 dollar təşkil edib
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar artaraq 74,54 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 69,62 dollar olub.