logo

Qadın boksçularımız Avropa çempionatına yollanıblar

12:12 13-10-2022 | icon 1743
Qadın boksçularımız Avropa çempionatına yollanıblar

Oktyabrın 14-də Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatı start götürəcək.

Azərbaycan Boks Federasiyasından YeniAvropa-ya bildirilib ki, doqquz gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Budvada ölkəmizin idman şərəfini Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (51 kq), Zeynəb Rəhimova (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (80 kq) qoruyacaqlar.

Qeyd edək ki, Avropa çempionatının püşkü bu gün atılacaq.