İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı keçirilir.
YeniAvropa xəbər verir ki, yarışda ölkəmizi Məhəmməd Muradlı, Gövhər Beydullayeva, Abdulla Qədimbəyli və Ləman Hacıyeva təmsil edirlər.
Şahmatçılarımız bu gün ikinci turda iştirak edəcəklər. Təmsilçilərimizdən A.Qədimbəyli, G.Beydullayeva birinci turu qələbə ilə başa vurublar, M.Muradlı və L.Hacıyeva isə uduzublar.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 raunddan ibarətdir.