logo

Rusiya BƏƏ-nin vasitəçilik rolunu dəyərləndirir-Peskov

15:05 12-10-2022 | icon 2051
Rusiya BƏƏ-nin vasitəçilik rolunu dəyərləndirir-Peskov

Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidentləri Vladimir Putin və Şeyx Xəlifə bin Zayed Al Nəhyan oktyabrın 11-də Sankt-Peterburqda baş tutmuş görüş zamanı Ukraynada və Zaparojye AES-də vəziyyəti, eləcə də əsirlərin dəyişdirilməsi məsələlərini müzakirə ediblər.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, BƏƏ Moskva ilə Kiyev arasında əsirlərin dəyişdirilməsində mühüm rol oynayır.

D.Peskov Şeyx Xəlifə bin Zayed Al Nəhyanın bir sıra məsələlərlə bağlı Ukrayna tərəfinin mövqeyini Rusiya rəhbərinə çatdırdığını və Rusiya tərəfinin Əbu-Dabinin vasitəçilik səylərinin davam etdirilməsində maraqlı olduğunu qeyd edib.