logo

Rüstəm Orucov:"Hələ heç nə bitməyib, dönüşüm daha güclü olacaq”

14:12 12-10-2022 | icon 1855
Rüstəm Orucov:"Hələ heç nə bitməyib, dönüşüm daha güclü olacaq”

“Nə olursa olsun, bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”.

YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycan cüdoçusu Rüstəm Orucov özünün "Facebook" səhifəsində yazıb.

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edən və turnirlə erkən vidalaşan cüdoçu bunu məyusedici adlandırıb:

“İlk öncə mənə həqiqətən dəstək olan hər kəsə təşəkkür edirəm. Aylarla davam edən ağır məşq və hazırlıqdan sonra belə halın baş verməsi həqiqətən məyusedici və ürəkağrıdan hadisədir. İndi sadəcə bir-iki gün ara vermək, beynimdəki fikirləri toplamaq və bu vəziyyəti təhlil etmək istəyirəm. Məncə, nə olursa olsun, bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir. Sonda qeyd edim ki, hələ heç nə bitməyib və daha güclü qayıdacağam!”