Rusiya Federal Təhlükəsizlik Xidməti(FTX) Krım körpüsünün partladılmasında əli olan şəxslərin adlarını açıqlayıb.
YeniAvropa FTX-nin məlumatına istinadla xəbər verir ki, oktyabrın 9-da Krım körpüsündə baş verən partlayışın təşkilində Rusiya, Ermənistan, Ukrayna və Gürcüstan vətəndaşları iştirak ediblər.
Bildirilib ki, tikinti materialı adı altında qeydə alınmış yük Odessa limanından Bolqarıstana, oradan Gürcüstanın limanına və Ermənistana daşınıb. Yükün daşınmasında Ukrayna vətəndaşları Mixail Tsrkalo, Roman Solomko, Gürcüstan vətəndaşı Sandro İnosaridze və Levon adlı broker, eləcə də Ermənistan vətəndaşı Artur Terçanyan iştirak ediblər.
Sentyabrın 29-dan oktyabrın 3-dək yük Ermənistanda Avrasiya İqtisadi İttifaqının qaydalarına uyğun gömrükdən keçirilib, sənədlər dəyişdirilib və nəticədə yükün sahibi kimi başqa şirkət göstərilib.
Oktyabrın 4-də yük Gürcüstanda qeydiyyatda olan “DAF” avtomobilində “Yuxarı Lars” keçid məntəqəsindən Rusiyaya gətirilib.
Rusiyada yükün sənədləri yenidən dəyişdirilib və yükün sahibi kimi “TEK-34” şirkəti göstərilib. Həmin gün Mahir Yusubov yükü öz avtomobilinə yükləyərək Krıma yola düşüb.