logo

Ərdoğan Qazaxıstana səfərə gedib

11:11 12-10-2022 | icon 2884
Ərdoğan Qazaxıstana səfərə gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərə yola düşüb. Türkiyə dövlətinin başçısını geniştərkibli nümayəndə heyəti müşayiət edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Astana şəhərində rəsmi qarşılanmadan sonra Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş olacaq.

Həmçinin Astanada iki qardaş ölkə prezidentlərinin iştirakı ilə Türkiyə-Qazaxıstan Ali Səviyyəli Əməkdaşlıq Şurasının dördüncü toplantısı keçiriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın Qazaxıstanın dövlət və hökumət nümayəndələri qarşısında çıxışı da nəzərdə tutulur.

Səfər çərçivəsində oktyabrın 13-də Astana şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi də gözlənilir.