Türkiyənin Osmaniyə vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) bildirilib.
Məlumata əsasən, yerli vaxtla saat 18:48-də meydana gələn yeraltı təkanların episentri Osmaniyənin Düziçi rayonu, ocağı isə yerin yeddi kilometr dərinliyindədir.
Yeraltı təkanlar ölkənin Adana, Qaziantep və Hatay vilayətlərində də hiss edilib.