logo

Bələdiyyə sədrləri ilə bağlı 51 iş məhkəmələrə göndərilib

22:57 26-07-2018 | icon 2268
Bələdiyyə sədrləri ilə bağlı 51 iş məhkəmələrə göndərilib

Yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 37 mindən çox bələdiyyə aktına baxılıb və nazirliyin təklifləri əsasında 700-dək akt ləğv edilib və ya dəyişdirilib.

YeniAvropa xəbər verir  ki, bu haqda iyulun 26-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2018-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən görülmüş işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclasında bildirilib.

İclasda qeyd edilib ki, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb. Həmçinin qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 51 inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 13 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.