Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
YeniAvropa xəbər verir ki, bu gün kişilər arasında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Katsoyev ilk mərhələdə Daniel Eiçi (İsveçrə), növbəti qarşılaşmalarda Nurluxan Şarxan (Qazaxıstan) və dörddəbir finalda ikiqat dünya çempionu Xorxe Fonsekanı (Portuqaliya) məğlub etsə də, yarımfinalda Kayl Reyesə (Kanada) uduzub. Cüdoçumuz üçüncü yer uğrunda belçikalı Toma Nikiforovla qarşılaşacaq.
Qeyd edək ki, hələlik komandamızın aktivində 1 medal var. Belə ki, komandamızın üzvü Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.